Türkiyənin məşhur müğənnisinə həbs cəzası

Son güncelleme: 08.12.2012 00:41
  • Xeberler - Hadise

    noimage

    Türkiyənin məşhur müğənnisi və maneken Tuğba Özay 1 il 8 ay azadlıqdan mərhum edilib.

    Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, müğənnini Abdulkadir Akın Büyükoğlunu şəxsən təhdid etməkdə ittiham olunub, təhdid və şantajla məşğul olan cinayətkar qruplaşmanın üzvü olması ilə bağlı ittiham isə təsdiqini tapmayıb.

    Bununla belə, müğənnini həbsxana divarları gözləmir. Tuğba Özayın buna qədər cinayət törətmədiyi, hakimlərdə onun təkrar cinayət törətməyəcəyi qənaəti formalaşdığı səbəbindən hökm icra edilməyəcək. Müğənni 5 il cinayət törətməyəcəyi halda azadlıqdan mərhumetmə qərarı qüvvədən düşəcək. Tuğba Özay məhkəmə dövründə 5,5 ay həbsdə saxlanılıb, 2008-ci il yanvarın 24-də sərbəst buraxılıb.


    Məhkəmə Tuğba Özayın keçmiş sevgilisi Akın Büyükoğlu isə silahla adam yaralamaq, təhdid, mülkiyyətə zərər vurmaq, Tuğba Özaya qarşı təhqiramiz davranış, qanunsuz silah saxlamaqda ittiham edilərək 6 il 2 ay azadlıqdan mərhum edilib. Məhkəmə Türkiyədə bir zamanlar adı əfsanələşən Abdullah Çatlının həyat yoldaşının dayısı Yaşar Özü isə mənfəət əldə etmək üçün cinayətkar qrup yaratmaq, qarətə təşəbbüs, təhdid, silahla adam öldürməyə təşəbbüsdə günahlandıraraq 57 il 10 ay azadlıqdan mərhum edib.

    Qaynaq:Lent.az
#08.12.2012 00:41 0 0 0