Rəqqasə Fatimə ailə həyatı qurmağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, Lent.az-a açıqlamasında, bildirib ki, xəbərlərin yayılmasına sosial şəbəkədə gəlinlik libasında paylaşdığı şəkilləri səbəb olub: “Mən Facebook-da yenicə qeydiyyatdan keçmişəm. Öz səhifəmdə “Xınayaxdı mərasimi” adlı klipimin çəkilişləri zamanı gəlinlik libasında çəkilən şəkillərimi paylaşdım və şəkillər böyük səs-küyə səbəb oldu. Hər kəs indi də mənə ailə həyatı quracağım barədə suallar verir. Çoxları isə şayiələr yayır ki, guya Fatimə artıq ailə həyatı qurmağa hazırlaşır və gəlinlik paltarını da seçib. Bir daha deyirəm, bunlar sadəcə şayiədir”.