Qadınlar ən çox nədən narazıdır?

Son güncelleme: 08.12.2012 22:24
  • Qadınlar ən çox nədən narazıdır?

    Anlayış

    Qadınlar arasında aparılan bir araşdırmada məlum olub ki, qadınların ən böyük şikayəti ərlərinin anlayışsız olmağıdır. Qadınlar ərlərindən daha çox dostları və qonşularından razıdır. Türk qadınları arasında aparılan araşdırmada məlum olub ki, onların şikayətinin səbəbi anlayışsız ərləridir. Bu araşdırma 2 min qadın arasında aparılıb.

    "Səni ən çox kim daha yaxşı anlayır" sualına qadınların 40 faizi "Qonşularım və dostlarım" cavabını verib. Qadınların 20 faizi isə bu sualı xalaqızı və dayıqızılarım deyərək cavablandırıb. 25 faizi isə "Məni ən yaxşı anam anlayır" deyib. Səni kim başa düşmür? sualına qadınların 48 faizi "Ərim məni başa düşmür cavabını verib". 20 faizi atam və qardaşım cavabını verib. Qadınların 23 faizi isə övladlarından şikayət edib və onları analarını anlamadığı üçün günahlandırıb.

    Ən böyük arzuları ev sahibi olmaqdır

    Aparılan araşdırmada türk qadınlarının 40 faizi ev sahibi olmaq istədiyini deyib. 30 faizi ən böyük arzularının ərindən pul istəməməyi üçün karyera sahibi olmaq istədiyini bildirib. 10 fazinin ən böyük xəyalı fərqli ölkələri gəzməkdir.

    Bu anketdə iştirak edən qadınların 70 faizi karyera sahibi olmaqdan zövq aldığını deyib. Onlar bildirib ki, işləyən qadınlara cəmiyyətdə daha çox hörmət edilir və dəyər verilir. Çünki işləyən qadınların dünya görüşü fərqli olur və evdar qadınlarla nisbətdə özlərini müdafiə edib sözlərini deyə bilir. Evdar qadınlar isə məişət problemləri altında əzilir.

    alıntı
#08.12.2012 22:24 0 0 0