Gözaltı qara ləkələrə qarşı əlverişli üsul

Son güncelleme: 08.12.2012 22:51
  • Gözaltı torbaların ən böyük səbəbi nədir?

    Genetik səbəblər

    Nizamsız yuxu
    Yorğunluq
    Aşırı stress
    Günəşin zərərli şüaları
    Bəzi dərmanlar və kosmetik məhsullar
    Qidaların yaratdığı allergiya
    Hamiləlik
    Aybaşı vaxtı
    Dəmir əskikliyi

    Evdə olan ərzaqlardan gözaltı torbaları və qaraları yox etmək üçün maska hazırlaya bilərsiniz.

    Süd

    Pambığın üzərinə soyuq süd əlavə edib gözün üstünə qoyun. 15-20 dəqqiqə kompress edərək gözün üstündə saxlayın.

    Çay

    Bir dəfə istifadə olunan çaylar gözaltı qaralara yaxşı təsir edir. Gözün üstündə 10-15 dəq saxlayın. Bu həm gözdəki yorğunluğu aradan qaldırır, həm də kirpikləri uzanmasına kömək edir.

    Nanə

    15-20 təzə nanə yarpaqlarını incə şəkildə doğrayın və isladın. Məcun halına gələndə 15 dəqiqə gözün üstündə saxlayın. Daha sonra isə ilıq su ilə yuyun.

    Xiyar

    Hamı bilir ki, xiyar gözlərə yaxşı təsir edir. Xiyarın həm qabığını, həm də özünü kəsib gözün üstündə 15-20 dəqiqə saxlayın.


    alıntı
#08.12.2012 22:51 0 0 0