Lvov sırniki

Son güncelleme: 08.12.2012 23:24
  • Lvov sırniki terifi - Hazırlanma qaydası

    Tərkibi:

    600 q yağlı kəsmik
    150 q şəkər tozu
    100 q kərə yağı
    3 yumurta
    2 bişmiş kartof
    100 q kişmiş
    1 x.q. limon sedrası

    qlazur üçün:

    70 ml su
    0,5 ç.q. 9%-li sirkə
    50 q şəkər tozu
    50 q tünd şokolad
    ağ şokolad (bəzək üçün, gözəyarı, olmasa da olar)


    Sobanı 180 dərəcəyədək qızdırın. Sininin içinə perqament kağızı döşəyib üstünə yağ çəkin.

    Kəsmiklə kartofu eynicinsli püre halına gələnədək ət maşınından keçirin. Yumşaldılmış kərə yağı, şəkər tozu əlavə edib yaxşıca qarışdırın. Yumurtanın ağını sarısından ayırın, sarılarını kəsmikli kartofa əlavə edib qarışdırın. Kişmiş və sedra əlavə edin.

    Yumurtanın ağını 1 ç.q. limon şirəsi ilə çalıb ehtiyatla kəsmikli qarışığa əlavə edin.

    Siniyə tökün. Sobada 30-40 dəqiqə bişirin. Tam soyudun.

    Qlazur üçün su, şəkər tozu və sirkədən şərbət bişirin. Şokolad əlavə edin, qaynar-qaynar sırnikin üzərinə gəzdirin. 6-8 saat soyuducuda saxlayın. Yaxud bir gecə də saxlaya bilərsiniz.

    Süfrəyə qəhvə ilə verə bilərsiniz.

    nuş olsun!
#08.12.2012 23:24 0 0 0