ABŞ-ın Yel (Yale) Universitetinin doktoru Sammit Yoşinin tədqiqatlarına görə yaşlı adamların mütamadi olaraq dişlərini fırçalamaması sətəlcəmə səbəb ola bilər.
O, ağızda olan bakteriyaların ağ ciyər xəstəliyi ilə birbaşa əlaqəsini aşkarlayıb.
Aydın olub ki, ağız boşluğunda yaşayan bakteriyalarda baş verən dəyişikliklər sətəlcəmin inkişafına gətirib çıxarır.
Qeyd edək ki, bundan əvvəl də həkimlər ağız boşluğu və diş problemlərinin tənəffüs yolu xəstəlikləri ilə əlaqələndirirdilər.
Məlumdur ki, nəfəs yolu infeksiyaları ağız boşluğu və boğaz yolu ilə ağ ciyərə düşür. Nəticədə sətəlcəm və ya başqa ağır infeksiya xəstəlikləri inkişaf edir. Bu halda diş əti xəstəliyi olanlarda isə ölüm riski daha yüksək olur.
Britaniya Diş Sağlamlıq Fondunun doktoru Nigel Kartelin sözlərinə görə heç kəs qrip xəstəliyndən sığortalanmayıb.
Buna görə də ağız boşluğunun gigiyena qaydalarına riayət etməklə sətəlcəm və başqa xəstəliklərə yoluxma riskini azaltmaq olar.