Yeni ilin ən cazibədar qadını siz olun!

Son güncelleme: 13.12.2012 00:12
  • Yeni ilin ən cazibədar qadını siz olun!

    Yeni il üçün indidən gözəlləşin!

    Yeni ilə indidən hazırıq görməyə başlamısınız. Bunları etsəniz bayram axşamı hamının diqqəti sizdə olacaq. Unutmayın gözəllik və cazibə bir gündə əldə edilmir.

    Yeni il axşamı xüsusi bir gecədir. Həmin gün çoxları gözəl bir gecə keçirmək üçün plan qurur. Yeni ilə girən zaman hər bir qadın gözəl və diqqət çəkmək istəyir. Lakin bilməlisiniz ki, gözəllik bir gündə əldə edilmir. Bunun üçün indidən hazırlaşmaq lazımdır. Bütün gözlərin sizin üzərinizdə olmağını istəyirsinizsə, aşağıdakılara əməl edin.

    Qidalanma

    Bu gündən etibarən ağartı və başqa kalorili məhsullarını qida rasionunzdan çıxarın. Yeni ilə yeni vərdişlərlə girin ki, bayram üçün aldığınız ziyafət geyiminiz əyninizə olsun. Bunlar: un, şəkər, duz və yağdır.

    Qısa müddət ərzində özünü rahat hiss edəcəksiniz. Süfrə duzundan da mümkün qədər az isitifadə etməyə çalışın.

    Hərəkət

    Yeni ildə daha gözəl bədən quruluşu ilə girmək istəyirsinizsə, idmanla məşğul olun. Ya da hər gün bir az yürüş edə bilərsiniz. Bundan əlavə, rəqslə məşğul olun. Bunun üçün xüsusi rəqs etməyinizə heç bir gərək yoxdur. Evdə musiqi qoyub rəqs edə bilərsiniz. Unutmayın rəqs etmək sadəcə arıqlamağa kömək etmir. Rəqs həm də insanı xoşbəxt edir.

    Dəri qulluğu

    Yeni il axşamı dərinizin parlaq olmasını istəyirsinizsə, indidən qulluq edin. Hər gün dəriyə qulluq edin. Yatmazdan əvvəl makiyajı silin və nəmlədnirici kremlər çəkin. Bu prosedur həm də dərinin yaşlanmasını gecikdirir.

    Bundan başqa mütəmadi olaraq buxar vannası və peeling və müxtəlif maskalar edin. Gözlərinizin altı üçün xüsusi maskalar edin.

    Evdə etdiyiniz qulluqdan narazısınızsa, gözəllik salonuna gedə bilərsiniz. Yeni il axşamı salona getməzdən əvvəl vaxt təyin edin. Yeni il axşamı geyiminizdə dekolteniz varsa, həmin yerlərə də qulluq etmək lazımdır. Bir çox kremlər çəkə bilərsiniz.

    Saçlara qulluq

    Saçlara hər zaman qulluq etmək lazımdır. Yeni il axşamı isə xüsusi qulluq göstərin. Sizə yaraşan saç düzümü isə əvvəllcədən müəəyyənləşdirin. Yeni il axşamı saçlarınızı kəsdirməyi düşünürsünüzsə, bunu 1 həftə əvvəl edin. Çünki bütün saç kəsimlər bir həftəyə ancaq oturur.

    Digər qaydalar

    Salonda edəcəyiniz manikür və pedikür məslələrini də bir gün əvvəlcədən edin. Çünki beləcə vaxta qənaət etmiş olursunuz. Bayram günü isə heç bir təlaşa düşmürsünüz.

    Yeni ildə özünüzü hamıdan gözəl hiss etmək üçün indidən hazırlıqlara başlayın.

    Müəllif: nuray hesenova
#13.12.2012 00:12 0 0 0