Vəhy və Quran - 3. Peyğәmbәri (s) ittihamlandırmaq

Son güncelleme: 22.03.2012 01:47
  • Vəhy və Quran - 3. Peyğәmbәri (s) ittihamlandırmaq

    Vəhy və Quran: 3. Peyğәmbәri (s) ittihamlandırmaq

    Müşriklәr vә kafirlәr tәkcә Quranı deyil, ümumiyyәtlә peyğәmbәrin çаğırışını bütövlükdә sehr adlandırırdılar. Peyğәmbәr (s) insanları Allahın dininә dәvәt edib hәqiqәtlәri onlara açıqlayarkәn, yaxud onlara öyüd-nәsihәt verәrkәn deyirdilәr ki, Peyğәmbәr (s) camaatı sehrlәyir. Halbuki, hәmişә Peyğәmbәr (s) onlara insanın ağlı vә fitrәti uyğun olan sözlәr deyir vә cәmiyyәtin sәadәtini öz üzәrinә götürәn düzgün bir yol göstәrirdi. Odur ki, müşriklәrin, Peyğәmbәrin (s) sözlәrini qәbul etmәmәyә heç bir bәhanәlәri vә onları sehr adlandırmağa heç bir dәlillәri yox idi. Peyğәmbәrin (s): "Öz әllәrinizlә yonduğunuz daşlara vә taxtalara ibadәt etmәyin, öz övladlarınızı onların qarşısında qurbanlıq olaraq kәsmәyin, xurafatlara inanmayın"- demәsi cadu idimi? Doğruluq, xeyrxahlıq, insansevәrlik, sülh, әdalәt vә insan hüquqlarına hörmәtlә yanaşmaq kimi әxlaqi xüsusiyyәtlәri sehr adlandırmaq olarmı? Allah Quranda bu mәsәlәyә işarә edәrәk buyurur:

    وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُواْ إِنْ هَذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ

    "Sәn onlara: "Siz ölәndәn sonra, hәqiqәtәn, dirildilәcәksiniz!"-deyәndә kafirlәr: "Bu, açıq-aşkar sehrdәn başqa bir şey deyildir!" - deyә cavab verәrlәr." ("Hud" 7)

    alıntı..
#22.03.2012 01:47 0 0 0