O, hərəmizə bir şeyi bəxş etdi...Birimizə pul verdı birimizə ağıl.
Əlimizdə olmayanların qədrini bilək deyə...
O, bizə danışıq qabiliyyəti verdi, bir-birimizə fikirimizi çatdıraq deyə...
O, iki fərqli dənizi birlikdə və üz üzə yaratdı... 2 hədd bilən dəniz, heçvaxt hədlərini aşmırlar bəziləri kimi...
O, bizimçün günəşi yaratdı... Hansı ki her yerə nurla şəfəq saçır...
O, gecəni qaranlıq yaratdı ama bizimçün ayı yaratdı... Zülmət olmasın deyə...
O, birinci kişini yaratdı. Düşündü ki, daha mükəmməl varlıq yarada bilər. Və yer üzünə qadını bəxş etdi.
O, bizə xəstəlikləri hiss etmək qabiliyyəti verdi... Ağrıyıb sızlayaq deyə yox. Sağlamlığın qədrini bilək deyə...
O, bəzilərini məhəbbətindən ayrı salır... Bədbəxt olsun deyə yox.
Əsl məhəbbəti bilsin və qədrini bilsin deyə.
O, birini pis digərini yaxşı yaratdı. Hər iksini görüb qədrini bilmək və dərs alıb yaxşı olmaqçün.
O, insanlar özlərini tanıya bilsin deyə heyvanları yaratdı.
O, Onun (ALLAHın) varlığını bilək deyə Peyğəmbəri (s.a.v) tanıtdı.
O, qadın ərinə sadiq, xalqa nümunəvi və hörmətli olsun deyə hicabı əmr etdi.
O, hərdən bizə buludlarda görünür...
O, qadını və kişinin dost olmadığını bildi...
Ama qadının kişiyə, kişinin isə qadına ehtiyacı olduğundan evlənməklə birləşməyi əmr etdi.
O, insana insan dünyaya gətirmək gücü nəsib etdi.
O, murdar şeyləri ziyanımıza olduğuna görə haram buyurdu
O, "yox"dan var yaratdı, "var"ı da canlandırdı.
O, göz yaşını acını sakitləşdirməkçün yaratdı.
O, Ona inanan və yaxın olmaqçün namazı bəxş etdı.
O, Onu zikr edərkən sayı itirməməkçünsə təsbeyi məsləhət görd
O, Onu görməyənlərin görməyiçünsə möcüzələr yaradır.
De ki: O ALLAHdır, Əhaddır.
Ayədə ALLAH ifadəsi Cənabı Haqqın şəxsinə işarə etməkdə, Əhad isə, Onun birliyini ifadə etməkdədir. Burada bunu ifadə etmək lazımdır, Əhad adı say olaraq bir demək deyil, yeganə birdir, tək birdir, şəriksiz birdir, özündən başqası həmişə məxluq olan mənasını verir. Yəni Ondan başqa bütün birlər say olaraq birdirlər, məxluqdurlar.