Bir dəfə binanın pilləkanlarında bir kor kişi oturmuşdu.. Onun ayağının yanında şlyapası və kiçik cədvəli vardı, cədvəldə isə yazılırdı: - Mən koram, xahiş edirəm kömək edin..
Bir nəfər binanın yanından keçərkən dayandı, o əlil kişini gördü, hansı ki, şlyapasında cəmi 2-3 qəpik vardı..
O kişinin şlyapasına biraz pul qoyur və onun icazəsi olmadan lövhəciyə onun üçün yeni sözlər yazır.. Sonra yenidən qocanın yanına qoyur və gedir..
Günün sonunda o qayıdır və görür ki, şlyapa pulla doludur..
Kor kişi onu addımlarından tanıyır və ondan bu lövhəciyə yazı yazanın o olub olmadığını soruşur..
Kor kişi həm də lövhəcikdə nə yazıldığını bilmək istəyirdi..
O adamsa cavab verir:
- Elə də önəmli bir şey deyil, amma yalan da deyildi.. Mən sadəcə yazını bir balaca dəyişik yazdım..
Lövhəcikdəki yeni yazıysa beləydi..
" İndi yaz fəslidi, amma mən onu görə bilmirəm.."