Arıqlamaq üçün 35 sadə üsul

Son güncelleme: 14.12.2012 22:32
  • Arıqlamaq üçün 35 sadə üsular

    Çətin yollara əl atmağa, ağır pəhrizlərə və ciddi məşqçilərə ehtiyac yoxdur: qədd-qaməti, yaxşı əhval-ruhiyyəni qoruyub-saxlamaq, eyni zamanda, artıq çəkidən azad olmaq prosesi sadə və xoşagəlimli ola bilər.

    Orqanizmin tələb edir ki, piroq və yaxmaclar yeyəsən? Məsələ ondadır ki, orqanizmin istəyini düzgün ifadə edə bilmir, əslində, onun sadəcə təmiz suya ehtiyacı var. Gün ərzində 6-8 stəkan qazsız, təmiz su iç və bu istəyi şirələr və qazlı su ilə basdırmağı heç ağından da keçirmə.

    Səhər tezdən Çarpayının altında Fitnes-klubun ünvanı yazılı vizit kartını axtarma. Bunun əvəzində qarın əzələlərini möhkəmləndirmək üçün on dəfə idman hərəkəti et və iplə hoppan. On dəqiqəlik idman metabolizmi oyatmaq və onu lazımınca işlətmək üçün kifayətdir.

    Axşam soyuducu səni maqnit kimi özünə çəkir? Səhərki idman hərəkələrini təkrarla, iştahan azalacaq, qanda endorfin miqdarı isə əksinə, çoxalacaq.

    Stoldan vaxtında qalx amma ac deyilsənsə, rəfiqənin yeni üsulla hazırladığı badımcan dolmasının dadına baxmaq üçün süfrə arxasına keçmə. Çətin ki, yeni üsulla hazırlanan badımcan dolması daha az kalorili olsun.

    Mətbəxdə inqilabi dəyişiklik et və hər bir zərərli ərzağı xeyirlisi ilə əvəzlə. Adi şəkəri qəhvəyi şəkərlə, ağ çörəyi qara çörəklə, ağ düyünü qəhvəyi düyü ilə əvəzləsən, daha yaxşı olar. Mayonezin yerinə qatqısız xama, südlü şokoladın əvəzinə isə tünd şokolada üstünlük ver. Bu metamorfozlardan sonra sən də sağlamlıq verilişini aparan qız kimi nümunəvi görünə biləcəksən.

    Çalış, çox gülümsəyəsən. Gülümsəməklə orqanizminə hər şeyin qaydasında olduğunu ötürmüş olursan, bu isə işə yarayır.

    Fransız tort mağazası əvəzinə fransız sayağı öpüş! O, 30-dan çox əzələni hərəkətə gətirir və qırışlar əleyhinə istənilən bahalı kremdən daha yaxşı təsir göstərir. Üstəlik, öpüş zamanı qana xoşbəxtlik hissi aşılayan neyropeptid hormonu ifraz olunur, bu isə bir müddətdən sonra eyforiyaya keçir. Buna heç şübhəmiz də yoxdur!

    “Ərik Piroqu”; “Moruq Mürəbbəsi”, “Zəncəfil Keksi”ni günün istənilən saatı, istənilən qədər yemək olar olar. Əlbəttə, əgər söhbət ətirli paket çaylarından gedirsə. Fərqli dadda bir neçəsini al, onu şirniyyatsız, bir qaşıq balla da içə bilərsən.

    Liftin insanlari udduğu dəhşətli filmi xatirlayirsan? Bu fılmin həqiqətə əsaslandığına inan, çünki pilləkənlə çıxmaq eyni zamanda bir neçə qrup əzələni hərəkətə gətirir və çox güman ki, piylərin əriməsinə səbəb olur. Gün ərzində iki dəqiqəlik pilləkənlə yuxan qalxıb-aşağı düşmək həftəlik gəzişməyə bərabər ola bilər. Odur ki, tənbəlliyi bir kənara qoy və liftdən bir müddət uzaq dur.

    Evdə olan bütün enli, formasiz köynəkləri və hər ölçüyə uyğun, beli-rezin şalvarini unut. Bədənə yapışan köynək və dar şalvar ev geyimi olsa, daha az yeyərsən, ikinci boşqaba isə ehtiyac qalmaz. Üstəlik, geyimin nə qədər dar olsa, o qədər yaxşıdır, bəlkə də: nahara, ümumiyyətlə, ehtiyac qalmaz. Sevginin də köməyindən istifadə edə bilərsən. O yəqin, böyük məmnuniyyətlə sənin üçün yeməkdən daha maraqlı məşğuliyyət tapar.

    İstirahət gününə özəl yeməklərdən imtina et. Əyləncələrə maraq göstərən insanlar buna xüsusən diqqət etməlidirlər. Kinoya çips yemədən də baxmaq olar, rəfiqələrinlə parkda görüşmək kafedə söhbətləşməkdən daha yaxşıdır, alış-veriş isə hər dəfə dönərlə yekunlaşmasa da olar.

    Şirniyyat istəyirsən, elə bu dəqiqə və mümkün qədər çox? Orqanizm yenə də arxaik dillə danışır, əslində isə o, sadəcə makaron və düyü istəyir. Bu məhsulların defisiti qanda şəkərin miqdarmı azalda və səndə dondurma mağazasını soymaq istəyini yarada bilər.

    Yemək bişirməyə nə hal var, nə də taqət? Bazar günləri insanda belə hal yaranır. Pizza sifariş etməyə tələsmə, mobil telefondan evə pizza, çatdırılma mərkəzinin nömrəsini sil və nəzarət et ki, əlinin altında hər zaman yemək hazırlamaq üçün ərzaqlar olsun. Quru meyvələr, turşu pomidor və ədviyyatlar hazırlayacağın yeməklərə daha da dad qatacaq.

    Axşam teleseriala baxmaq arıqlamağa kömək edir. Əlbəttə ki, idman halqası sənə dəstək olacaq. “Ümidsiz ev qadınları”na baxa-baxa 20 dəqiqəlik halqa idmanı belini də incəldəcək, hisslərini də.

    Pəhrizə başlamağı planlaşdırarkən, hamburger dərdi çəkmə. Bunun əvəzində yeyə biləcəyin dadlı tərəvəz və yeməklər siyahısına bax. Çox güman ki, siyahı kiçik olmayacaq və özünə güc toplamaq üçün dadlı nə isə tapa biləcəksən. Məsələn, balıq və meyvələr, hisə verilmiş tərəvəz, giləmeyvə kokteyli və 20 qramlıq pendir dilimi kimi.

    İstədiyin qədər yeyib, ariq qalmaq mümkündür. Yox, bu, reklam xarakterli preparatların reklam mətni deyil. Elə ərzaqlar seç ki, orqanizm onların həzm olunmasına ərzağın özündə olan kaloridən daha çox enerji sərf etsin. Brokkoli və kələmi başa düşdük, sən demə, bu siyahıya mandarin, kivi və çiyələk də daxil imiş.

    Nizam-intizama “yox”deyək! Bütün günü öz-özünə “Mən şokolad yemirəm ki. Mən heç şokolad yemirəm” dedikdə beynin yalnız ikinci cümləni eşidir. Odur ki, onunla mehribancasına saziş bağla: sən acı şokolad yeyirsən, beynin isə onu südlü şokolad kimi qəbul edir.

    Yeməyi bacardıqca çox çeynə. Bununla nəinki az qida qəbul etməklə cəmiyyətə yardımçı olur, həm də ümumi kalori sayım azaltmış olursan.

    Səhər yeməyində yulaf yemək, doğrudan da, çox faydalıdır. Tərkibində çoxlu vitamin olmasından əlavə, xolesterin səviyyəsini normallaşdırır. Ona görə də ingilis ədəbiyyat qəhrəmanları soyuq təbiəti ilə seçilirlər.

    Çantanda hər zaman banan gəzdir. Banan həm dadlı meyvə, həm də faydalı maddələr toplusudur. Onun tərkibinə, həmçinin, xoşbəxtlik hormonu triptofan amin turşusu daxildir.

    Mümkün olduqca ot və qumun üstündə ayaqyalın gəziş. Bu, ayaqların təbii masajım təmin edəcək, həm də dabanda olan bütün sinir uclarına xeyirlidir. Əlbəttə, evdə də corablarını çıxarıb gəzə bılərsən, amma döşəmənin isti olmasından əmin ol.

    İdman zalı darıxdırıcıdır? Onda rəqs kurslarına yollan. Latın-amerikan, flaminqo rəqsləri əzələləri, cüt rəqslər isə münasibətləri möhkəmləndirir, odur ki, sevgilini də özünlə apara bilərsən.

    Faydalı bitki zülalları tam həzm olunsun deyə, ərzaqları qarışdır. Göbələk və lobya lizin və izolesin amin turşuları ilə zəngindir, taxıl bitkilərində və qoz-findıqda isə çoxlu triptofan mövcuddur. Ərzaqları bir boşqabda birləşdirərək, bolluca amin turşusu qazanırıq.

    Əgər arıqlamağı və əzələlərini möhkəmlətməyi qarşına məqsəd qoymusansa, mağazaya get və özünə xəyalının donunu al, arıqlayandan sonra geyinməyi planladığın həmin o donu. Onun şkafda asılması yaxşı stimul ola bilər. Özünü öldürməyə ehtiyac yoxdur, 7-ci sinifdə geyindiyin ölçü nə qədər də olmasa, sənin üçün balacadır.

    Parlaq işiqda yemək ye. Qəribə səslənsə də, bu, iştahanı azaldır, alaqaranlıq isə artırır. Heç düşünməmisən, niyə kinoteatrda popkorn yeyən tək insan sən deyilsən?

    Səhər yeməyi bir az öncə yekunlaşib, nahara isə bir ömür vaxt var və sən acmısan. Başım qatmağa çalış, sevgi mesajları yaz, xəbərləri oxu və 5-10 dəqiqədən sonra yalançı aclıq hissindən əsər-əlamət qalmayacaq.

    Tampon və gündəlik bezləri reklam edənlər iddia edir ki, menstruasiya zaman rəqs etmək, hətta idman qaçışlarında iştirak etmək də mümkündür. Yalandır. Aybaşı vaxtı orqanizm çox hiss olunmasa da, gərginlik yaşayır. Özünü qoru və aerobikanı yarım saatlıq relaksasiya ilə əvəz et.

    Yaşılçay təkcə ürək-damar sistemini möhkəmləndirmir, həm də kanserogenə qarşı mübarizə aparır. O, həmçinin, hər dəfə içdikdə 20 kaloriyədək yandıra bilir.

    Kələm və paxlalilar dişlərin bəyazlığına və möhkəmlənməsinə təsir edir və kalsium çatışmazlığını aradan qaldırır. Lobyada kalsium miqdarı 2, kələmdə isə süddəkindən 2,5 dəfə çoxdur.

    Mütləq otağın havasını dəyişdir. Gün ərzində 15 dəqiqədən az olmayaraq, bir neçə dəfə havanı yenilə.

    Cinsi əlaqə dəqiqəyə 4 kalori yandırır. Sekslə məşğul olduğunuz zaman gizlincə taymeri qoşub, gecə ərzində nə qədər kalori yandırdığını hesablaya bilərsən. Seks də idman kimi görünüşünə müsbət təsir göstərir. Çünki seks qarın, omba və vaginal əzələləri də möhkəmləndirir, həm də bu, vasitənin məqsəddən min dəfə yaxşı olduğu hallardan biridir.

    Orqazm isə stress əleyhinə “həb”dir. Çoxlu sayda hormon ifrazı beynini ümumilikdə sakitləşdirməyə kömək edir. Nəticədə əhvalın olduqca yüksəldir və sənə dərin yuxu gətirir. Deməli, orqazm keçirdikdə bir növ stresinlə mübarizə aparmış olur və onun üzərində qələbə qazanırsan. Buna görə də hər hansı bir sakidəşdiricinin yerinə yatağa girmək daha məsləhətlidir.

    Vaxta az qalanda şirniyyat ye ki, daha yaxşı düşünəsən. Şirniyyatı şirin saqqızla da əvəz edə bilərsən. Çeynəmə hərəkətləri beynin yaddaş və diqqət nahiyəsinə cavabdeh olan hissəsini hərəkətə gətirir.

    Gələn dəfə son anda hər işi vaxtında yerinə yetirmək üçün bu hiylədən istifadə et. Gün ərzində bir neçə dəfə vərdiş etdiyin işi (məsələn, dişlərini fırçalamağı, saçım daramağı və s.) vərdiş etmədiyin əllə gör. Məsələn, əgər solaxaysansa, sağ əlindən istifadə et, ya da əksinə. Bu cür qəribə hərəkətlər beynini stressə qarşı daha dözümlü edəcək.

    Yatmazdan öncə süd və ya qatıq içmək acqarına yatmaqdan qat-qat yaxşıdır. Gecə orqanizmimiz daha çətin idarə olunur, odur ki, qeyri-ixtiyari soyuducuya yönələ bilərsən.

    Alıntı...
#14.12.2012 22:32 0 0 0