Portağallı salat terifi ve terkibi - Portağallı salatın hazırlanması
Tərkibi:
100 q bərk pendir (məsələn, parmezan)
2 portağal
4 bişmiş yumurta
1 baş soğan
1 yaşıl alma
2 x.q. mayonez + 6 x.q. xama (və yaxud qatıq + azca dənəvər xardal və limon şirəsi)
Soğanı yarımhalqa doğrayın. Əgər onun güclü dadı xoşunuza gəlmirsə, azca sirkə və şəkər tozu qarışığında bir saat marinə edin.
Portağalı dilimləyib pərdəsini təmizləyin.
Yumurtanı sürtgəcin iri gözündən keçirin.
Almanı saman kimi doğrayın, üzərinə portağal şirəsi gəzdirin.
Xama ilə mayonezi qarışdırın.
Arasına xama ilə mayonez qarışığı çəkərək lay-lay düzün: alma + soğan + yumurta + portağal. Üzərinə pendir səpib göyərti ilə bəzəyin.
Bu salatı hündür dəmir halqanın içində düzüb, sonra halqanı çıxaranda qəşəng görünüşü olur.
Bütün ərzağı qarışdıra da bilərsiniz.