Quru meyvələrlə desert

Son güncelleme: 14.12.2012 22:44
  • Quru meyvələrlə desert terifi ve terkibi - Quru meyvələrlə desertin hazırlanma qaydası

    noimage

    Tərkibi:

    ərik
    qara gavalı (dənəsiz)
    qoz
    1 st. xama (qatı)
    1 x.q. şəkər tozu
    tünd şokolad (acı)

    Quru meyvələri soyuq suda yuyun. Üstünə qaynar su töküb 1 dəqiqə sonra süzün. Hər bir quru meyvəni ortadan yarıb içinə qozun dörddə birini qoyun.

    1 stəkan xamanı 1 x.q. şəkər tozu ilə blenderdə çalın. Bunu desert qabına yayın. Üstünə içi qozla doldurulmuş quru meyvələri düzün. Üstünə adi xama qoyun. Üzərinə sürtgəcdən keçirilmiş tünd şokolad səpin.
    Turş dadı sevirsinizsə, qara qarağat gilələri ilə bəzəyin.

    Süfrəyə verməzdən əvvəl bir müddət əvvəl soyuducuda saxlayın.

    Nuş olsun...
#14.12.2012 22:44 0 0 0