Bir gün dara düşsən, kəsin olmasa
Gözünün yaşını silən olmasa
Dərdini qəmini bölən olmasa
Sən məni xatırla, səslə… gələrəm
********************
Bir gün mərd sandığın dönsə namərdə
Ümüdin qırılsa xoş olan bəxtə
Nadanlar çıxarsa sən çıxan təxtə
Sən məni xatırla, səslə… gələrəm
********************
Qəlbinin gülünü külə atsalar
Sənə tənə edib dilə salsalar
Səni kimsəsiz kölə sansalar
Sən məni xatırla, səslə… gələrəm
********************
Bilsənki nədir həyatda yanmaq
Bir nadan dilinə uyub aldanmaq
Dilin lal olarsa, çarənsə …susmaq
Sən məni xatırla, səslə… gələrəm
********************
Gələrəm… biləsən eşqin gücünü
Aşkar edəsən qəlbin düzünü
Bir də ki…. görməyim qəmli üzünü
Sən məni xatırla, səslə… gələrəm