Gənc müğənni Çingiz Mustafayev yeni yaratdığı “Palmas” adlı qrupunu və “Jass Center”də verdiyi konsertinin albom versiyasını təqdim edib. Albom “Summer Evening” adlanır. Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, bu cür konsertlər tez-tez keçiriləcək: “Bu, yeni yaratdığım qrupla ilk konsertimdir. Amma düşünürəm ki, bu cür konsertlərimiz davamlı olacaq. Qrupumun adının “Palmas” adlanması əbəs yerə deyil. Çünki “Palmas” ispan dilində “əl çalmaq” deməkdir. Flamenko rəqslərinin bir növüdür”.