“Abşeron” qrupunun “Bu nömrəyə zəng çatmır” adlı mahnısı işıq üzü görüb. Bu barədə Lent.az-a qrupun rəhbəri Şəhriyar məlumat verib. Onun sözlərinə görə, qrup mahının üzərində xeyli müddətdir, çalışır: “Sonda “Bu nömrəyə zəng çatmır” adlı mahnını təqdim edə bildik. Əminliklə deyə bilərəm ki, bu mahnı ilin hit mahnılarının sırasında yer alacaq. Artıq ifa etdiyimiz bu mahnıya ekran həyatı verməyi də düşünürük”.