Səni gözləyirdim,Qardaşım

Son güncelleme: 15.01.2013 02:40
  • Səni gözləyirdim,Qardaşım hekayesin dinle - Hekayeler

    Bir gün, iki Peyğəmbər nəvəsi, İmam Həsən (ə.s) ilə İmam Hüseyin (ə.s) arasında bir məsələdə anlaşılmazlıq çıxmışdı. İkisi də bir-birlərindən incidilər. Lakin, çox keçməmiş, bir hiddət anında bir-birlərinə dedikləri sözlərdən peşman oldular...

    O anlarda biri gəlib İmam Hüseyinə (ə.s):
    "Sən Həsənin (ə.s) kiçiyisən. Gedib üzr istəmək sənə yaraşar" dedi.

    Hz.Hüseyin (ə.s) belə cavab verdi:
    "Mən Peyğəmbərimizdən( s.ə.s) bir hədis eşitmişdim. Barışmağı mən tələb etsəm, babamın əmrinə qarşı gəlmiş olmaqdan qorxuram."

    Hz. Hüseyin (ə.s) eşitdiyi hədisi belə açıqladı:
    "İki nəfər arasında razılaşmazlıq çıxarsa, hansı tərəf başını əyib o biri tərəflə razılaşmağa talib olsa, cənnətə ondan əvvəl girər."

    Bu hədisi zikr etdikdən sonra, Hz. Hüseyin( ə.s):
    "Barışmağa mən talib olsam, böyük qardaşım Həsəni( ə.s) savab işləməkdə keçmiş olmaqdan çəkinərəm" dedi. "Ona görə, gözləyirəm ki, o mənə gəlsin...

    Hz. Həsən (ə.s), bunu eşidincə Hz. Hüseyinin (ə.s) yanına qaçdı və dərhal qucaqlaşıb barışdılar...

    Alıntı..
#15.01.2013 02:40 0 0 0