Moskvada Böyük Teatrının balet üzrə bədii rərbərinin üstünə sulfat turşusu atıblar.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, polisdən bildirilib ki, ilkin informasiyaya əsasən, 1970-ci il təvəllüdlü Sergey Filin zərər çəkib.
Moskva şəhər klinikasından isə deyiblər ki, Filin yanıq diaqnozu ilə mərkəzi yanıq xəstəxanasına gətirilib.
Mənbənin bildirdiyinə əsasən, onu naməlum şəxslər dəfələrlə hədələyib.