Mübariz Tağıyevin səhhəti pisləşib?

Son güncelleme: 19.01.2013 01:07
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Xalq artisti Mübariz Tağıyevin ağır xəstəliyə düçar olduğu, səhhətində ciddi problemlər yarandığı barədə xəbərlər yayılıb. Bununla bağlı Lent.az-a açıqlama verən müğənni bildirib ki, barəsində gəzən söz-söhbətlər səbəbsiz deyil. “Bir neçə ay öncə ürəyimdən əməliyyat olundum. Bu əməliyyatdan sonra haqqımda şayiələr yaranmağa başladı. İndi bir çoxu ağır xəstə olduğumu düşünüb, mənə zəng edir, hal-əhval tutur. Mənə görə narahat olan insanlara demək istəyirəm ki, narahatçılığa əsas yoxdur. Şükürlər olsun, özümü çox sağlam hiss edirəm”, - deyə müğənni bildirib.

    Qaynaq:Lent.az
#19.01.2013 01:07 0 0 0