Cemli ponçik

Son güncelleme: 19.01.2013 01:56
  • Cemli ponçik terifi ve terkibi - Cemli ponçikin hazırlanma qaydası

    noimage

    Tərkibi (20 ədəd):

    2 x.q. quru maya
    120 ml isti su (45 dərəcədən isti olmasın)
    60 q şəkər tozu
    350 q un
    2 yumurta
    50 q yumşaldılmış kərə yağı
    0,5 ç.q. üyüdülmüş muskat cevizi
    1 ç.q. duz
    500 ml bitki yağı (qızartmaq üçün)
    şəkər pudrası (üzərinə səpməyə)
    cem

    Ləyəndə mayanı, 1 ç.q. şəkər tozu və isti suyu qarışdırın. 10 dəqiqə gəlməsi üçün gözləyin.

    Unu ələyin. Ortasında çala açın, mayalı qarışığı, kərə yağını, yumurta, şəkər tozu, duz və muskat cevizini əlavə edib yapışqan xəmir alınanadək qaşıqla qarışdırın. Xəmiri un səpilmiş masanın üstünə qoyun, elastik xəmir alınanadək, un əlavə edə-edə təxminən 10 dəqiqə yoğurun. Amma xəmir çox bərk olmamalıdır.

    Kündə tutub içinə yağ çəkilmiş ləyənə qoyun, üstünü örtüb isti yerdə 1 saat saxlayın. Bu müddətdə xəmir iki dəfə artacaq.

    Gəlmiş xəmiri ətləyin, sonra 6 mm qalınlıqda yayın. 7 sm diametrli dairələr kəsin.

    Üstünə dəsmal örtüb 20-25 dəqiqə saxlayın.

    Dərin tavaya yağ töküb orta itilikdə ocağın üstünə qoyun (yaxud da xüsusi, termometrli plitənin üstündə hazırlayırsınızsa, 180 dərəcəyə ayarlayın). Birdəfəyə 6-7 ponçiki yağa salıb hər iki üzünü qızardın (hər tərəfini təxminən 1 dəqiqə).

    Hazır ponçikləri kağız dəsmalların üstünə düzün. Üzərinə şəkər pudrası səpin.

    Konditer torbası və ya şprisin köməyilə ponçiklərin içinə cem doldurun.

    Nuş olsun...
#19.01.2013 01:56 0 0 0