Lemon-qran terifi ve terkibi - Lemon-qranın hazırlanması
Bu sous bulka və kekslə süfrəyə verilir.
Tərkibi (2 pay):
5 q kartof nişastası
100 q limon
30 q kərə yağı
30 q şəkər tozu
150 ml su
Limonun qabığını soyun, şirəsini sıxın. Şirənin yarısını sedra ilə birlikdə qazana tökün, şəkər tozu, yağ və 150 ml su əlavə edin. Qarışdırın. Şəkər tozu əriyənədək qarışdıra-qarışdıra bişirin. Şəkər tozu əriyəndə limon şirəsinin digər yarısı ilə qarışdırılmış nişastanı əlavə edib hazır olanadək qarışdıra-qarışdıra bişirin. Eynicinsli kütlə alınmalıdır.