Dirsəklərdə dərinin kobudlaşmasının qarşısını almaq üçün dirsəkləri yağlı sabunla yumaq, müntəzəm olaraq ora əl üçün istifadə olunan krem, qliserin, ya da nəmləndirici krem sürtmək lazımdır. Həftədə bir dəfə dirsəklərə duz sürtmək, sonra sirkəli su ilə yaxalayıb krem çəkmək lazımdır.
Qulluq edilməyən dirsəklər çox pis görünür, xüsusilə yayda qısaqol paltarlar geyindikdə. Ona görə də belə bir qayda qoymaq lazımdir - hər dəfə əlləri yuduqdan sonra dirsəkləri də yuyub sonra krem çəkməli.
Bu sadəcə yay aylarında deyil hər zaman etmək lazımdır.
Qadın hər zaman öz gözəlliyini qoruyub saxlamağı bacarmalıdır!