Portağallı finansye terifi ve terkibi - Portağallı finansyen hazırlanması
Tərkibi:
170 q ərinmiş kərə yağı
130 q badam
330 q şəkər pudrası
80 q un
1/8 ç.q. duz
1 böyük portağalın sürtgəcdən keçirilmiş sedrası
6 yumurtanın ağı
Badamı üyüdün.
Yumurta ağlarını yüngülcə çalın. Şəkər pudrası, ərinmiş kərə yağı, portağal sedrası, duz, un və üyüdülmüş badam əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın, güclü çalmağa gərək yoxdur.
Xəmiri yağlanmış formalara tökün (əgər silikon və ya kağız altlıqlardan istifadə edirsinizsə, yağlamaq lazım deyil).
200 dərəcə qızdırılmış sobada 7-8 dəqiqə, pirojnalar qızılı rəng alanadək bişirin. Sonra sobanı söndürün, qapağını açmadan 10 dəqiqə finansyeləri içəridə saxlayın.