Tur dağ mənasını daşıyır

Son güncelleme: 22.01.2013 23:55
  • İslamda

    "Tur" dağ mənasını daşıyır

    Bu surədə Allah-Taalanın and içdiyi şeylərdən biri “tur”dur. “Tur” nə deməkdir?

    Bu haqda bir neçə ehtimal vardır ki, biri də dağ mənasındadır. Bu məna şerlərdə də işlənibdir. Allah-Taalanın dağa and içməsinin səbəbi, onun zahiri əzəmətidir. Bəşər dərindən fikirləşsə, dağın necə də əzəmətli məxluq olmasını başa düşər. Məsələn, bu möhkəm daşların arasında müxtəlif otların, bitkilərin bitməsi, meyvələrin yetişməsi bu qəbil işlərdəndir. Müşahidə etdiyimiz saysız-hesabsız dağ meyvələrinin toxumunu daşın arasında kim əkib, kim onu cücərdibdir?

    Bahar fəslində bəzi dağlarda necə də gözəl güllər bitir və bəşər onun ətrindən bəhrələnir. Həmçinin başqa faydalı qazıntılar dağdan hasil olur. Dağların başqa əzəməti onun ətəyindən axan sulardır, bəzi dağlardan göz yaşı kimi ayna bulaqlar axır.

    Dağlar mismar kimi yer kürəsini saxlayır

    Mövla Əliyyibni Əbu Talib əleyhis-salam buyurur: “Dağlar mıx kimi yer kürəsini saxlayır. Əgər dağlar olmasaydı yer kürəsi parça-parça olardı.”
    Yer kürəsi günəş ətrafında olan hərəkətində hər saniyədə dörd fərsəx (30 km) yol gedir. Əgər dağlar olmasaydı belə bir sürətlə hərəkət edən yer kürəsi parça-parça olar, torpağı fəzaya dağılar və məhv olardı.

    Yer kürəsinin öz ətrafında fırlanması da çox təəccüblüdür. Bunların hamısını, yer kürəsinin müxtəlif hərəkətləri ilə yanaşı nəzərə alsaq görərik ki, dağlar olmasaydı yer kürəsində heç bir əmin-amanlıq, aramlıq olmazdı.

    “Dağ”, “Tur” kəlməsinin mənalarından biridir və biz bunu eşidəndə bütün dağları nəzərdə tuta bilərik. Tur kəlməsinin başqa bir mənası yalnız Həzrəti Musa əleyhis-salamın ibadət üçün getdiyi “Tur” dağına aiddir. Bu dağ Şamla (indiki Suriya) Mədyən arasında yerləşir. Bəzi müfəssirlər buyururlar ki, “Tur” kəlməsi böyük dağ deməkdir. Bəziləri isə buyurur ki, “Tur” “tarə” kəlməsindən alınıbdır.

    Alıntı..
#22.01.2013 23:55 0 0 0