Qadın ailemi - Sızanaqlardan sonra olan ləkələrə son
Sızanaqlar həmişəki kimi çox böyük problemimizdir.Hələ sızanaqlardan sonra qalan ləkələri heç yada salmaq istəmərəm.Amma əlbətdə ki, hər şeyin bir çarəsi olduğu kimi, bunun da çarəsi var.Gözəl və təravətli dəri üçün mütləq bu maskalardan istifadə edin.
Maska
1 çay qaşığı - badam yağı
1 çay qaşığı- təzə paxlanın içi
Paxlanı suda qaynatdıqdan sonra yəni bişdiyinə əmin olduqdan sonra yaxşıca əzin.Sonra paxlanın üzərinə badam yağını əlavə edib qarışdırırıq.Yavaş-yavaş üzünüzə çəkin.20 dəq. saxladıqdan sonra üzünüzü yuyun.Unutmayaq ki, bu maskanı yalnız zərər çəkmiş bölgələrə çəkirik.Həftədə 4 dəfə etmək kifayətdir.
Maska
1 çay qaşığı-ağ gil
1 çay qaşığı -zeytun yağı
2 çay qaşığı-qara zirə yağı
Bu məhsulları yavaş-yavaş qarışdırın.Maskanı hazır edib sızanaq və sızanaq ləkələri olan yerlərə sürtün.10 dəq. saxlamaq kifayətdir.Həftədə 2 dəfə tətbiq etmək olar.
Hər birinizə sağlam və gözəl görünməyi arzulayıram.