"Dadlı dərman" gələn aydan satışa çıxarılacaq.
Amerikada qeyri-adi dondurma istehsalına başlanılıb. Yeni dondurma bal, pektin, portağal və limon şirəsindən ibarətdir. Bəzən isə onun tərkibinə istiot da qatılır. Onun əsas istiqaməti isə qripə qarşı müalicə vasitəsi olmasıdır. Belə ki, dondurmanın tərkibindəki bal qıcıqlanmanı yüngülləşdirir, şirələrdə isə soyuqdəymə və qripə qarşı mübarizə aparan bol C vitamini var. İstiot isə burnu təmizləyərək, tənəffüsü asanlaşdırır.
Milli.Az Anspress-ə istinadən xəbər verir ki, istehsalçıların sözlərinə görə, bu dondurma tərkibinə baxmayaraq ağzı yandırmır, ancaq bir az acılıq hissi verir. "Dadlı dərman"ın fevral ayından satışa çıxarılması planlaşdırılır. Onun qiyməti isə 12 dollar olacaq.
Qeyd edək ki, bu cür dondurma istehsalı dünyada ilk deyil. Çexiyadakı kafelərdən birində müştərilərə şüyüd, hisə verilmiş ət, sarımsaq, pivə dadlı dondurma təklif edirlər.