Ayaqqabı quruyan zaman onu qliserin, gənəgərçək yağı, vazelin və ya bitki yağı ilə sürtmək lazımdır.
Laklı ayaqqabıları 25°C-dən yuxarı temperaturda geyinmək məsləhət görülmür, əks halda ayaqqabı genəlir və öz formasını tamamilə itirir.
Laklı ayaqqabını vazelin, qliserin və ya gənəgərçək yağı ilə silib, 15 dəqiqədən sonra əski ilə təmizləyirik. Yumurta sarısı ilə də silə bilərsiz.
Ayaqqabıları quru və gün düşməyən yerdə saxlamaq lazımdır.
Qısa müddətli ayaqqabıdan istifadə etmirsinizsə onda ayaqqabının içindəki ayaqaltını çıxardıb qurumağa asın.
Ayaqqabını uzun müddətlik yığıb saxlayırıqsa, onda onu yaxşı yumaq, qurutmaq, fırçalamaq, havaya çıxartmaq və dezinfeksiya etmək lazımdır. Dezinfeksiya bu cür edilir: Tampon düzəldib, esensiyada isladırıq və ayaqqabının içinə yerləşdiririk. Polietilen paketə yerləşdirib, ağzını bərk bağlayıb 12 saat saxlayırıq. Sonra ayaqqabını yığışdırırıq.
Qulluq təkcə ağ ayaqqabılar üçün deyil. Başqa ayaqqabıların da özlərinə uyğun sirləri var:
Çəkmə ayağı sıxmasın deyə içərisinə qazeti kip salda doldururuq. Ya da su buraxmayan torbanın içərisinə su doldurub çəkmənin içərisinə yerləşdirib, buzxanaya 1 sutkalıq qoyuruq. Eynilə 3%-li uksus qarışıqla da silə bilərik.
Podoş səs eləməsin deyə onları qaynar quruducu lakla yapışdırmaq lazımdır.
Ayaqqabının arxası ayağınızı sıxmasın deyə, arxa hissəni nəm sabun, ya da şamla sürtmək lazımdır. Əgər bütün ayaqqabı ayağınızı sıxırsa onda içərisinə bütünlüklə vazelin çəkin.
Rəngli ayaqqabı ləkələnibsə, sizə doğranmış soğan və limon şirəsi kömək edər.