Gözəl iy vermək üçün, sanki ətir şüşəsinin içinə girmiş qədər ağır qoxmanıza ehtiyac yoxdur!
Bədəniniz və şəxsiyyətiniz üçün ən doğru ətiri seçmiş ola bilərsiniz amma ətir istifadə etmənin də sirrləri danılmazdır!
Buyurun ətir istifadə etmənin incə detalları ...
• Əvvəlcə diqqət yetirməniz lazım olan ilk qayda; sıxmanız lazım olan ətirin doza miqdarıdır. Bunun üçün ən ideal miqdar, ətiri dəyişik bölgələrə iki ya da üç dəfə püskürtmək.
• Ətirinizi mütləq təmiz və quru bölgələrə sıxmağa diqqət yetirin.
• Tökmə olanları deyil spreyli şüşələri seçim etmənizdə fayda var. Çünki əllərinizlə təmas edən ətir bakteriyalara açıq hala gələr və qısa zamanda pozular.
• Xüsusilə bədəninizin isti və gizli bölgələri qoxunuzun qalıcılığı baxımından ən uyğun yerlərdir. Məsələn; qulaq arxası, boyun, biləklər və sinə aralığı
• Nəbzinizin atdığı yerlərdə qoxunuz daha yaxşı yayılar və qalıcı olar.
• 15 sm uzaqlıqdan tutaraq ətirinizi sıxın.
• Qətiliklə əlinizlə yaymağa çalışmayın. Buraxın öz-özünə qurusun ..