Hökumət salatı

Son güncelleme: 02.02.2013 02:24
  • Hökumət salatı terifi ve terkibi - Hökumət salatının hazırlanma qaydası

    noimage

    Tərkibi:

    300 q kartof
    150 q yerkökü
    200 q çuğundur
    150 q soğan
    3-5 marinə edilmiş xiyar
    200 q alma
    3 yumurta
    duz
    mayonez

    Kartofu, yerkökünü, çuğunduru, yumurtanı suda bişirin. Soyudun, təmizləyin.
    Çuğunduru sürtgəcin xırda gözündən keçirin.
    Kartofu sürtgəcin xırda gözündən keçirin.
    Xiyarı xırda doğrayın.
    Yerkökünü sürtgəcin xırda gözündən keçirin.
    Soğanı xırda doğrayın. Üzərinə qaynar su tökub 10 dəqiqə saxlayın ki, acılığı çıxsın. Sonra suyu süzün.
    Yumurtanı sürtgəcin xırda gözündən keçirin.
    Almanı təmizləyin, sürtgəcin xırda gözündən keçirin.
    Boşqaba kartofu yayın, azca düz səpin, mayonez çəkin.
    Yerkökü döşəyin, mayonez çəkin.
    Soğanı döşəyin.
    Xiyarı döşəyin, mayonez çəkin.
    Yumurta döşəyin, mayonez çəkin.
    Almanı döşəyin, mayonez çəkin.
    Çuğunduru döşəyin. Üzərini zövqünüzə görə bəzəyin.
    Bir qədər saxlayıb özünü tutmasını gözləyin.

    Nuş olsun...
#02.02.2013 02:24 0 0 0