Kəklik otu yağı faydaları və zərərləri

Son güncelleme: 11.02.2013 19:40
  • Kəklik otu yağı - Kəklik otu yağı faydaları və zərərləri haqqında

    Kəklik otu, çox istiqamətli istifadə edilə bilən bir bitkidir. Çoxumuz mətbəximizdə yeməklərimizə ədviyyat olaraq istifadə edirik kəklik otunu. Kəklik otunun özü qədər, kəklik otu suyu, kəklik otu yağı da tez-tez istifadə edilən faydalı məhsullar arasındadər. İmmunitet sistemini qüvvətləndirməkdən tutmuş aybaşı tənzimləməyə qədər bir çox fayda verən kəklik otu yağının faydalarına nəzər salaq ;
    * Bədəni qüvvətləndirər.
    * Həzmi asanlaşdırar.
    * İştahsızlığı aradan qaldırar.
    * Sinirləri qüvvətləndirər.
    * Ürək döyüntülərini stabilləşdirər.
    * Bağırsaq iltihabını yaxşılaşdırar.
    * İfrazatın nizamlı işini təmin edər.
    * Aybaşını qaydasına salar.
    * Sidik qovucudur.
    * Bağırsaq qurdlarının düşməsinə kömək edər.
    * Böyrəklərdə mikrobları öldürər.
    * Təzyiqi müvəqqəti yüksəldər.
    * Xəstəliklərə qarşı müqavimət göstərmə gücünü artırar.
    * Uşaqlarda görülən qansızlığı aradan qaldırar.
    * Qan dövranını nizamlar.
    * Xronik öskürək, asma, bronxit üçün faydalıdır.
    * Qrip, beyin soyuqdəyməsi və anqində şikayətlərin azalmasına köməkçidir.
    * Kəklik otu suyu ilə duş romatizm ağrılarını dayandırar.
    * Qandakı şəkər miqdarını azaldar.

    Kəklik otu yağının Zərərləri

    Hamilələr, xora xəstəliyi olanlar istifadə etməməlidir.Uşağın düşməsinə səbəb ola bilər.

    Kəklik otu yağı İstifadəsi

    Gündə 3 dəfə bir çay stəkanı suya və ya şəkərə 2-3 damla töküb qəbul etmək olar.
    Ya da1/4ü Kəklik suyu ilə doldurulmuş çay stəkanını su ilə tamamlayıb için.

    Xaricə istifadələrdə yaxşı bir antiseptik olduğu üçün yaralara, əzilmələrə, burxulmalara, zədələnilmələrə və parazit qaynaqlı dəri xəstəliklərinə qarşı müvəffəqiyyətli bir bitki mənşəli vasitədir.
    Xəbərdarlıqlar :
    Masaj tətbiq olunduğunda kəklikotu yağının zeytun yağı ilə qarışdırılaraq istifadə edilməsi lazımdır.

    Alıntı..
#11.02.2013 19:40 0 0 0