Sənin günahın deyil

Son güncelleme: 28.02.2013 11:19
  • Sevgi şeirleri - Nurane Nur şeirleri - Sənin günahın deyil şeirin oxu


    Ən gözəl sözlərin, gözəl hisslərin
    Dadı onun olub,adı mənimdi.
    Bunu bilə-bilə sevmişəm bu da
    Səni xoşbəxt edən xoşbəxtliyimdi.

    Mən də çağırmışdım sənin adını
    Niyə eşitmədin,nə deyəcəksən?
    Nə bilim bəlkə mən az sevdim səni
    Sən az sevdin desəm inciyəcəksən.

    Səni çağırıbdı eşitməmisən
    O gündən dənizi qarğıdın hər gün
    Min dəfə çağırsam heç eşitmərsən
    Göz yaşı nədi ki,boğulmaq üçün.

    Nə qədər gizlətsən o qədər aşkar
    Məni sevməmisən demirəm həmən
    Bu sənin günahın deyil əzizim
    Sənin həyatına gecikmişəm mən.


    Nuranə Nur
#28.02.2013 11:19 0 0 0