Sinan Akçıl - Azərbaycanda evlənməyə hazırlaşıram

Son güncelleme: 11.06.2013 07:12
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    “O xanıma yaxınlaşdım, əllərindən öpdüm və ...”

    Dünən Heydər Əliyev Sarayında keçirilən 16-cı “Qrand” Milli İctimai Mükafatının təqdim etmə mərasimində Türkiyənin tanınmış bəstəkar- müğənnisi Sinan Akçıl da iştirak edib. Lent.az-ın məlumatına görə, müğənni konsertdən öncə və sonra öz təəssüratlarını bölüşüb.

    Lent.az türkiyəli müğənni Sinan Akçılın müsahibəsini təqdim edir:

    - İyunun 8-dən etibarən artıq paytaxtımızdasınız. Bakıdan hansı təəssüratlarla ayrılacaqsınız?

    - Bu gün mənim Bakıda olmağımın əsl səbəbi Heydər Əliyev Sarayında keçirilən 16-cı “Qrand” Milli İctimai Mükafatı ilə təltif olunmağımdır. Bakı barədə təəssüratlarım çox yaxşıdır. Ölkəniz barədə öncədən çox xoş sözlər eşitmişdim. Amma dünəndən eşitdiklərimin həqiqət olduğunu gördüm. İnsanlarınız həqiqətən də çox mehribandır. Burada yaradıcı heyətlə gəzintiyə çıxmışdıq. Küçədəki insanların bizə qarşı olan diqqətini görüb çox təəccübləndim. Sözün düzü, belə qarşılanacağımı gözləmirdim. Bizə diqqət göstərən insanlara təşəkkürümü bildirirəm. Artıq Bakıya tez-tez gələcəyimi düşünürəm. Paytaxtınızdan xoş təəssüratlarla ayrılacağam.

    - Azərbaycanda konsert vermək barədə heç düşünürsünüzmü?

    - Sözün düzü, əvvəllər Bakıda konsert vermək barədə düşünməmişdim. Bakıya gəlib, insanlarınızın mənə qarşı diqqətini görəndən sonra bu barədə düşündüm və danışıqlarımız oldu. Artıq Bakıda konsert verə bilərəm.

    - Xalq artisti Aygün Kazımova ilə birgə ifa etdiyiniz “İkinci sən” adlı mahnı “İlin dueti” oldu... Təəssüratlarınızı öyrənmək istərdik.

    - İlk öncə, “Ən yaxşı pop müğənnisi” mükafatını mənə layiq bilən insanlara və bu tədbiri təşkil edən insanlara minnətdaram. Azərbaycanda belə bir mükafata layiq görülməyim qürurvericidir. İnşallah, belə mükafatların ardı olar. İkinci mükafatım isə Aygün Kazımova ilə birgə layiq görüldüyüm “İlin ən yaxşı dueti” oldu. Bu mükafatı almadan öncə Aygün xanımla telefon əlaqəsi yaratdım. O mənə uğurlar dilədi. Elə bu gün səhnədə çıxış etdiyimdə də Aygün xanıma təşəkkür etdim. Yenidən ona zəng edəcəm və mükafatı qazanmağımızın təəssüratını onunla bölüşəcəm. Onu da bu gün buradan təbrik etmək istəyirəm. Çünki Aygün xanımın “Hayat ona gözəl” adlı mahnısına çəkilmiş klip də mükafat aldı.

    - Hələ ailə həyatı qurmamısınız. Türkcə desək, bekarsınız. Bəlkə Azərbaycana gəlmişkən, burada subaylığa əlvida deyəsiniz? Elə xalq artistimiz İlhamə Quliyeva da sizə söylədi ki, “Sinan evlənmək istəsə, ona Bakıda qız tapıb, evləndirə bilərik. Çünki ən gözəl qızlar Bakıdadır”. Necə düşünürsüz?

    - Hə. Azərbaycanda evlənməyə hazırlaşıram. Təbii ki, bu, bir zarafatdır. Hər şeyin öz zamanı var. (gülür) İlhamə xanım çox sağ olsun ki, mənə diqqət ayırdı. Çox sadə bir insandır. Konsertdə mən də o xanıma yaxınlaşdım və əllərindən öpüb, öz minnətdarlığımı bildirdim.

    Yalçın Süleymanov
#11.06.2013 07:12 0 0 0