Dözmür ürək ayrılığa

Son güncelleme: 11.06.2013 07:16
  • sevgi şeirleri - hesret şeirleri - ayrılıq şeirleri - Dözmür ürək ayrılığa şeirin oxu


    Bir də görürsən ki,ürək sıxılıb,
    özü də əl boyda yumağa dönür...
    İnsan qəribədir; qoca dünyada,
    özü də beşgünlük qonağa dönür!...

    Qəribik hamımız,gəldi-gedərik,
    könlümüz-gözümüz doymur dünyadan...
    Bir gün bu həyatı tərk eləyəndə,
    görərsən,eşqindir səni yaşadan!...

    Gələcək hər günə intizar çəkib,
    ötən günləri də itiririk biz!...
    "Heyif,"-deyə-deyə sevən ürəkdə,
    həsrəti gül kimi bitiririk biz!...

    Dözmür ayrılığa daha ürəyim,
    deyəsən pis gözə gələcəyəm mən...
    Sənin vüsalına çata bilməyib,
    yoxsa bu həsrətdən öləcəyəm mən!...

    Heç kim bilməyəcək mənə nə oldu,
    kimsə duymayacaq nə idi dərdim!...
    Təkcə sən bilirsən,təbəssümünü
    əlacsız dərdimə dərman edərdim!...

    Təkcə sən bilirsən,istəyim nədir,
    sorğulu-suallı qəlbim nə deyir!...
    Özün bilirsən ki,ürəyim mənim
    səndən sevgisinə cavab gözləyir....


    alıntı
#11.06.2013 07:16 0 0 0