Keyxanım öz müdirinə ərə gedəcəyindən danışdı

Son güncelleme: 05.08.2013 08:11
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    "Keyxanım" kimi tanınan aktrisa Ülviyyə Əliyeva ailə quracağından danışıb. Aktrisa Lent. az-a bildirib ki, hazırda toya hazırlaşır: “Şəxsi həyatımdan danışmağı sevmirəm. Çünki bir dəfə danışdım, başım çox ağrıdı. Yazdılar ki, biznesmenə ərə gedirəm, bir başqası da yazdı ki, nişanımı qaytarmışam. Məhz bu söz-söhbətləri nəzərə alıb, şəxsi həyatımdan çox danışmıram. Amma bircə onu deyə bilərəm ki, ailə həyatı quracağım şəxs, mənim müdirimdi. Çalışdığım bir firma var, xınayaxdılar mərasimini təşkil edir. Bax, həmin yerin rəhbərinə ərə gedəcəm. İndi deyəcəklər ki, Keyxanım biznesmenə ərə getdi, nə bilim nə. Bu söhbətləri sevmirəm. Gələcək həyat yoldaşım yaradıcılıq işlərimə qadağa qoymur. Əksinə mənə dəstək olur”.

    Aktrisa toyunda medianın iştirakından da söz açıb: “Sözün düzü, buna ailə həyatı quracağım şəxs qərar verəcək. Hələ ki, gözləyək. Çünki toyun vaxtı dəqiqləşməyib”.

    Qeyd edək ki, aktrisa bir dəfə ərdə olub. İlk evlilikdən uşağı yoxdur.




    Yalçın Süleymanov
#05.08.2013 08:11 0 0 0