Nisə Qasımova yaşlarını azaldan həmkarlarından danışdı

Son güncelleme: 05.08.2013 08:12
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Xalq artisti Nisə Qasımovanı bərk əsəbiləşdiriblər. Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında bəzi həmkarlarını sifarişlə onun haqqında xoşagəlməz yazılar yazdırmaqda günahlandırıb:


    “Uzun müddətdir ki, əsəbi haldayam. Bir çoxları sifarişlə mənim haqqımda yazılar yazdırır. Mənim də mediada mehriban olduğum jurnalist tanışlarım var, amma heç vaxt onlara deməmişəm ki, filankəsdən yazın. Bunların qarşısını almaq üçün məndən açıqlama almamış haqqımda nəsə yazılmasına qadağa qoymuşam. Xoşagəlməz yazını yazana isə zəng edib cavabını verdim. Sən kimsən, sən kimin darğasısan ki, mənə atmacalar atırsan?”.

    Küsülü olduğu həmkarının adını açıqlamayan Nisə Qasımova barışıq tərəfdarı olduğunu deyib: “Barışıq tərəfdarıyam. Amma bunun da öz qaydası var, durub kiməsə deyəsi deyiləm ki, gəl barışaq. Hər kəs öz səhvini bilib, üzr istəyərsə, niyə barışmayım ?”.

    Xalq artisti həmkarlarını yaşlarını kiçiltməkdə günahlandırıb: “Biri gedir pasportda yaşını azaldır. Kedib mən də azaldacam, nəyim onlardan əskikdir ki? Şükür çox da cavan görünürəm”.

    Səhnə fəaliyyətinin 40 ili tamam olan Nisə Qasımova solo konsert vermək istəyir. Amma müğənni sponsorun olmamasından şikayətlənir.
#05.08.2013 08:12 0 0 0