Siz Kimsiniz

Son güncelleme: 22.10.2013 14:58
  • islami hekayətlər - müsəlmanlar ve namazBir rəvayətdə belə deyilmişdir:
    -“Qiyamət günü namaz qılanların dərəcələrinə görə cənnətət göndərilmələri əmr edilir.
    İlk təbəqədəkilərin üzləri ulduzlar kimi parıldayar.
    Onları mələklər qarşılayıb “Siz kimsiniz?” deyirlər.Onlar da belə cəvab verirlər:
    -“Biz Mühəmmədin (s.a.v.) ümmətindənik.Dünyada ikən namaz qılanlarıq.”
    Mələklər də:
    “Sizin dünyada ikən əməlləriniz nə idi?”-deyə soruşanda onlar belə cəvab verirlər:
    -“Biz əzanı eşitdiyimiz zaman,dəstəmaz almağa qalxardıq.Bizə bunu etməyə heç bir şey maneçilik edə bilməzdi.”
    Bundan sonra mələklər deyərlər:
    “ İndi qovuşduğunuz bu hal sizə layiqdir.”

    Sonra ikinci təbəqənin insanları gəlir.Bunlar gözəllik və uzlərinin parlaqlığında əvvəlkilərdən daha üstündürlər.Bunların üzləri ay kimi parlayır.
    Mələklər onlardan soruşurlar:
    -“Siz kimsiniz?”
    Onlar belə cəvab verirlər:
    “Biz dünyada ikən namaz qılan kimsələrik.”deyəndə mələklər təkrara soruşur.
    -“Sizin namazlarınız necə idi?”
    Onlar belə cəvab verirlər:
    -“Biz namaz vaxtı girməmişdən əvvəl dəstəmazımızı alırdıq.” Mələklər onlara belə deyirlər:
    -“Siz indi qovuşduğunuz bu hala layiqsiniz”

    Sonra üçüncü təbəqədəkilər gəlir.Onların vəziyyətləri əvvəlkilərdən daha üstündür.
    Mələklər onlardan soruşur:
    -“Sizin məkanınızdaha yüksək və üzləriniz əvvəlkilərin hamısından daha parlaqdır.Sizlər kimlərsiniz.”deyəndə onlar belə cəvab verirlər:
    -“Biz dünyada ikən namaz qılardıq.”

    Mələklər yenə soruşurlar:
    -“Sizin namazlarınızın xüsusiyyəti nə idi?”
    -“Biz,əzana məsciddə qulaq asardıq.(Əzandan əvvəl dəstəmaz alıb,məscidə girər,namaz vaxtına qədər oturub,əzanı gözləyərdik.)”
    Bundan sonra mələklər onlara belə deyirlər:
    -“Siz də bu qovuşduğunuz nemətlərə layiqsiniz.”

    Mənbə: Dini biliklər kitabı

    alıntı
#22.10.2013 14:58 0 0 0