Azərbaycanda sulu qar yağacaq

Son güncelleme: 27.11.2013 00:07
  • Noyabrın 27-si axşamdan dekabrın 1-dək Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-si axşam əvvəlcə respublikanın qərb rayonları, noyabrın 28-də isə ayrı-ayrı rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

    Respublikanın dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.

    Noyabrın 29-da yağıntılarda qısa fasilə yaranacaq. Noyabrın 30-da və 30-dan dekabrın 1-nə keçən gecə respublika ərazisində yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

    Ümumilikdə ölkədə qeyri-sabit hava şəraiti dekabrın 1-dək müşahidə ediləcək.

    Bakıda və Abşeron yarımadasında noyabrın 27-nə nisbətən noyabrın 28-də havanın temperaturu 5-8 dərəcə edəcək.

    Noyabrın 28-də Bakıda günorta saatlarında 9-14 dərəcə isti olacaq. Arabir güclənən şimal küləyi müşahidə olunacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək.

    alıntı
#27.11.2013 00:07 0 0 0