Bitirsə qoy bitsin səssiz gileysiz

Son güncelleme: 06.06.2014 15:17
  • Qara gözlərində çoxdan azmışam,
    Məni yollarında azdırma əbəs.
    Getmək istəyirsən birdəfəlik get
    Bu get gəlişlərin arasını kəs .

    Nə qədər sevdalar başımdan ötdü,
    Hərəsi bir yarpaq qopartdı məndən.
    Nə harda başladı, nə harda bitdi
    İndi heç özüm də anlamıram mən.

    Qorxma ölməyəcəm, tanışdı mənə
    Həsrətin hər üzü, hər pıçıltısı.
    Zəng edən deyiləm qəfildən sənə,
    Səsimdə hıçqırıq gecə yarısı.

    Bitirsə qoy bitsin səssiz, gileysiz.
    Donək izimizə, axarımıza.
    Yoxsa bu vüsala çatmayan sevda,
    Sonunda çıxacaq axırımıza.

    Uçurum, uçurum, sənsiz uçurum.
    Hər addım uçurum, hər yol uçurum.
    Sən mənə, mən sənə tərəf qaçıram,
    Körpulər dağılıb, sağ, sol uçurum.

    Susub dayanmısan kədər içində,
    Artıq kəlmələrin nə mənası var?
    Gedərsən qayıtmaq ümüdü ilə,
    Dönərsən yerimdə lal uçurumlar.

    Arzu Hüseyn

    alıntı
#06.06.2014 15:17 0 0 0