Təsbehin üzərinə səcdə etmək olarmı

Son güncelleme: 08.06.2014 12:42
  • Namaz zamanı təsbehin üzərinə səcdə etmək olarmı?

    Türbətdən (torpaqdan) hazırlanmış təsbehin üzərinə səcdə etmək olar, plastmas, sümük, kəhrəba və sairə təsbehə isə yox.

    Adətən, Kərbəlaya gedən zəvvarlar bu müqəddəs torpaqdan hazırlanmış türbət təsbehlər gətirirlər. Şəriətə görə, səcdə əsasən torpağın üzərinə edilməlidir.

    Türbət təsbehin dənələri də torpaqla suyun qarışığından ibarətdir. Buna görə də onların üzərinə səcdə etmək olar. Bu, möhürün üzərinə səcdə etmək kimidir.

    Amma gərək diqqət yetirilsin ki, təsbehin alın dəyən yerlərinin ümumi sahəsi ən azı baş barmağın dırnağının (və ya şəhadət barmağının bir bükümünün) sahəsi qədər olsun, bundan az olmasın.

    alıntı
#08.06.2014 12:42 0 0 0