Elkin Kərimli - Səni Qısqanıram

Son güncelleme: 06.07.2014 15:56
  • Səni qısqanıram kədərə, qəmə,
    Sənin gözlərində yaş görəndə mən.
    Ürəyim daş olmaq istəyir hərdən,
    Ayağın altında daş görəndə mən.

    Səni qısqanıram, paxıllıqından
    Payını bölməyən uşaqlar kimi.
    Hardasa adını eşitdiyimdə
    Yanıram his verən çıraqlar kimi.

    Səni qısqanıram "boz küləklərə"
    Küləklər saçını dalğalandırır.
    Solmuş təbiəti, bağı, bağçanı,
    Sənin ətrin ilə qidalandırır.

    Səni qısqanıram yağan yağışa,
    Bir çətir altinda gizlədir səni.
    O zaman, Allahdan istəyirəm ki:
    "Ya yağış yaratsın, ya çətir məni"

    alıntı
#06.07.2014 15:56 0 0 0