Milli komandamızın ilk sınağı

Son güncelleme: 12.11.2014 10:22
  • Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.

    Komandamız meydan sahibi Macarıstanla qarşılaşacaq.

    Oyun Dunaujvaroş şəhərindəki "Ezsperanto Ut" stadionunda baş tutacaq. Şotlandiyalı FIFA referisi Con Beatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

    Qeyd edək ki, qrupun ilk oyunu bu gün Slovakiya və Sloveniya arasında keçirilib. Matç slovakların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz noyabrın 12-də Slovakiya, 3 gün sonra Sloveniya ilə qarşılaşacaq.

    Avropa çempionatı
    Seçmə mərhələ
    4-cü qrup, 10 oktyabr

    21.00 Macarsıstan - Azərbaycan
    Hakimlər: Con Beaton, Qrem Styuart (Şotlandiya), David Morhaym, Eli Hakmon (İsrail).
    Dunaujvaroş. "Ezsperanto Ut" stadionu.

    Slovakiya - Sloveniya 2:1
    Qollar: Tomaş Vesteniçki, 41; 65-pen - Alen Ozbolt, 58.
    Hakimlər: Marko Quyda, Matteo Passeri (İtaliya), Peter Kobor, Adam Farkaş (Macarıstan).
    Tatabanya. "Qrosics Qyula" stadionu.

    alıntı
#12.11.2014 10:22 0 0 0