Banan bulkalar

Son güncelleme: 25.12.2014 21:01
  • Tərkibi:

    2-3 x.q şəkər pudrası

    1 st süd və ya çürümüş süd

    1 ç/q maya

    3 st un

    0,5 st şəkər tozu

    1 ədəd yumurta

    50 qr Wellington kərə yağı

    Duz

    Krem:

    2 ədəd yumurta sarısı

    2 x/q şəkər pudrası

    0,25 st şəkər tozu

    0,5 st süd

    2 x/q qarğadalı nişastası

    vanel

    İçlik:

    İstədiyiniz içlikdən və ya cemdən istifadə edə bilərsiniz.

    Hazırlanması:

    Mayanın üzərinə ilıq süd əlavə edib 10 dəqiqə saxlayaraq, bütün ərzaqları qarışdırıb xəmir yoğururuq.

    Xəmir mayalanmağa qoyulur. Mayalanmış xəmiri yenidən yoğurub mayalanmağa qoyuruq. Mayalanmış xəmiri kiçik kündələrə ayırırıq.
    Yumutra sarısı, şəkər tozu, süd, nişasta əlavə edib çalırıq. Zəif odun üzərinə qoyub qarışdıraraq bişmiş krem hazırlayırıq.
    Soyuduqdan sonra mətbəx şprisinə və ya sallofan paketə doldururuq.
    Bananı əzib üzərinə limon suyu və şəkər tozu əlavə edərək qarışdırırıq.
    Kündəni yayıb içlik qoyaraq banan formasında bükürük.
    Kağız sərilmiş listə düzüb 10-15 dəqiqə dinləndiririk.
    Bulkaları üzərinə yumurta sarısı çəkib, kremlə uzununa 3 xətt çəkirik.
    190 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə hazır olana qədər bişiririk.
    Hazır bulkaların üzərinə şəkər pudrası səpirik.
    Nuş olsun!!!
#25.12.2014 21:01 0 0 0