Məni sevməmisən elə deyilmi

Son güncelleme: 16.02.2015 21:24
  • Bir vaxt çoxlarının sözünə uyub,
    Məni əzabların içinə atdın.
    Səni sevdiyimi dərindən duyub,
    Könlündə min cürə gülüş oyatdın.

    Çatmaq istəsən də arzularına,
    Ancaq ki, bu yolda çox tez yoruldun,
    Min dəfə gətirdin öz ayağına-
    Uduzan mən oldum, udan sən oldun.

    Deyə bilmərəm ki, sən günahkarsan,
    Sən neynəyəsən ki, qismət beləymiş
    Deyə bilmərəm ki,bietibarsan,
    Axı sənin sevgin adi küləkmiş..

    Deyə bilmərəm ki, haqqın yox sənin,
    Yox, sən ürəyimi dəyişdirmisən,
    Deyə bilmərəm ki, üzün gülməsin,
    Gülümsüz dünyada nəyi görmüsən.

    Bəs mən necə deyim, ayrılaq indi,
    Mən necə aldadım, öz ürəyimi,
    Ürəyimdən gizli bir fikir keçdi-
    Məni sevməmisən, elə deyilmi?

    alıntı
#16.02.2015 21:24 0 0 0