Deyim Bil Sən

Son güncelleme: 04.08.2015 13:11
  • Sevgi qəlbdən-qəlbə coşar,
    Bir ümmandı deyim bil sən.
    Bu yollarda tənha qalan,
    Günahkarı deyim bil sən..

    Məcnun kimdi,Kərəm kimdi,
    Günahkarlar elə dindi.
    Mətin mətinliklə sevdi,
    Riyakarı deyim, bil sən...

    Nöqsandan kənar yaşa,
    Sevgi baxmaz, yaşa başa.
    Dünya gözəl bir tamaşa,
    Qınaqları deyim, bil sən..

    Dad eyləmə əmi oğlu,
    Dad püstəni, ye noğulu.
    Eşşəkə palan çuxuru,
    Taxanları deyim, bil sən...

    Məhəbbətdə olmaz yalan,
    Onu bilər sevib dadan.
    Vədə verib, vədə satan,
    Əyyaşları deyim ,bil sən...

    Həkim kimdi, dərman yaza,
    Dözərəm hər işvə, naza.
    Taxtaya sim qoşub qıza,
    Calanları deyim bil sən...


    Seymura baxma elə-belə,
    Coşub daşar, gələr dilə.
    Hamı gedər son mənzilə,
    Olanları deyim, bil sən...

    Müəllif : SEYMUR SÖNMƏZ

    alıntı
#04.08.2015 13:11 0 0 0