Həzrət Peyğəmbər (s) buyurur: Sədəqə bütün xəstəliklərin dərmanıdır. Xəstələrinizi sədəqə ilə sağaldın. Sədəqə xəstəlik və bəlaları üzaqlaşdırar.
Kəklikotu...
Həzrət Peyğəmbər (s) buyurur: Kəklikotu mədəni gücləndirir, bəlğəmi aradan qaldırır... Həzrət (s) buyurur ki, kəklikotu ləqvə deyilən xəstəliyin qarşısnı alınır. Ləqvə elə bir qəstəlikdir ki, insanın gicgahını boynuna tərəf əyir.
Əzxər otu...
Əzxər ətirli bir otdur, çubuqlarından bəzi şeylər də toxuyurlar. Meyvəsi olan əzxər də var. Rəngi qaradır, buğda kimi sümbülü olur. Həzrət Peyğəmbər (s) buyurur: Məkkədə heç bir ot-ələfi qırmaq olmaz. Əzxər istisnadır, çünki bu ot insanlara, onların evlərinə lazımdır.
Bitkişünaslar deyir ki, əzxər sidik gətirir, böyrək daşını əridir, mədə və qara ciyərdə yaraları yumşaldır. Ona ərəb ətiri də deyirlər. Hindlilər onu yeyir. Əzxərdən alınan yağ revmatizm xəstəliyinə xeyirlidir.
Esfəndin (üzərlik otu) möcüzəsi...
Zeyd ibn Əli ata babalarından nəql edir ki, Peyğəmbər (s) buyurur: Əgər əmr almış mələk onu bir yerə çatdırmasa, esfənd, onun budağı, yarpağı cücərməz. Onun yarpaq və dənlərində şəfa var, 70 xəstəliyə dərmandır. Onu kundurla birlikdə istifadə edin... Həzrət (s) buyurur: Kim qırx gün bir misqal esfəndi su ilə qəbul etsə qəlbində hikmət yaranar, 70 xəstəlikdən qurtular. Bu xəstəliyin kiçiyi cüzamdır.
Nar yeyin!
Həzrət Peyğəmbər (s) buyurur: Elə bir nar yoxdur ki, ondan behişdən bir dən olmasın. Mən onun bir dənəsini belə kənara qoymamaqda israrlıyam. Davud ibn Süleyman İmam Rizadan (ə) o da Peyğəmbərdən (s) nəql edir: Nar yeyin, onun hər giləsi mədəyə daxil olanda qəlb işıqlanır, şeytanı qırx gün bədəndən qovur... Həzrət Peyğəmbər (s) buyurur: Nar yeyənin qəlbi işıqlanar, vəsvəsə qırx gün ondan uzaq olar... İmam Sadiq (ə) ac qarına nar yeməyi tövsiyə edir.
Gözəl hədiyyə...
Əbuzər deyir ki, Həzrət Peyğəmbərə (s) əncir hədiyyə gətirmişdilər. Həzrət səhabələrinə əncir təklif edib buyurdu: Behiştdən bir meyvə gəldiyini deməli olsam deyərəm ki, bu meyvə əncirdir. Çünki tumu yoxdur. Əncir babasili sağaldır, başqa xəstəliklərə xeyirlidir... Həzrət (s) buyurur: Təzə və qurudulmuş əncir yeyin. O cinsi qabiliyyəti artırır, babasili sağaldır, soyuqluğa qarşıdır.
Bir gecə qızdırma...
İmam Sadiq (ə) İmam Baqirdən (ə), İmam Baqir İmam Səccaddan (ə), İmam Səccad İmam Hüseyndən (s), İmam Hüseyn İmam Əlidən (ə), İmam Əli (ə) də Peyğəmbərdən (s) nəql edir: Bir gecə qızdırmalı olmaq bir il günahın kəffarəsidir.
Süstlüyün çarəsi...
Həzrət Peyğəmbər (s) buyurur: Həzrət Nuh süstlük və zəiflikdən şikayətləndi. Allah-Taala buyurdu: Ey Nuh əti südlə bişir, ye. Mən onda güc və bərəkət qərar vermişəm.