Dolya çal əmioğlu

Son güncelleme: 06.08.2015 18:57
  • Dolya çal,əmi oğlu,dolya çal asta,
    Dinləyək ahəstə - ahəstdə bizlər.
    Necə mərd oğullar zindanda karsda,
    Qoyubdu adıyla silinməz izlər.

    Dolya çal, əmi oğlu,dolya çal,həzin,
    Titrəsin içində, qəlbi hər kəsin.
    Dəmir barmaqlarda dustağın səsin,
    Elə çal,duyulsun, mizrabda səslər.

    Dolya çal,əmi oğlu, zildə ucadan,
    Dustaqlar əlini üzməz Tanrıdan.
    Azadlıq ətiri gəlir havadan,
    Dikilib aynaya,həsrətlə gözlər.

    Dolya çal, əmi oğlu, sınsın qandallar,
    Dörd divar içində, yaxşı oğlanlar.
    İnşaallah, tezliklə azad olarlar,
    Xudadan diləyim belədir sözlər.

    Dolya çal,əmi oğlu,dolya çal bir an,
    Oyansın məhbəsdə yatan,uyuyan.
    Qəm etmə tezliklə kecər il, zaman,
    Geridə qalar,daha pis günlər ….

    Dolya çal,əmi oğlu,dolya çal qürur
    Yağıştək damlasın,günəş saçsın nur.
    Qəlbindən keçəni avazla Seymur,
    Dedi, qardaşyana anlayan bilər…

    Müəllif : SEYMUR SÖNMƏZ

    alıntı
#06.08.2015 18:57 0 0 0