O xal nə xaldır - gözəllikdən ölümə bir toxunuş

Son güncelleme: 12.08.2015 12:55
  • Bədəndə xallar nəyə dəlalət edir - Çox xalın zərəri varmı?

    Bədəndə 50-dən çox xalın olması orqanizmdə dəri xərçənginin meydana gəlmə riskini artırır

    Xallarla bağlı bir çox əfsanələr mövcuddur. Hər bir insanın bədənində mövcud olan bu xallar kiminə görə xoşbəxtlik əlamətidir, kiminə görə insanın həyatındakı düşmənlərin sayını göstərir. Hətta qədim dövrlərdə göy rəngə çalan tüklə örtülmüş xal şeytan əməli hesab olunduğu üçün belə xalları olan qadınlar tonqalda yandırılırdılar. Bəs tibbi baxımdan necə, xal nədir? Orqanizmdə hansı funksiyaları yerinə yetirir və hansı fəsadlar yarada bilər?

    Xallar dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Onlar quruluşca yastı, dəridən bir balaca hündür, kiçik təpəcik formasında, üstü xırda tükcüklərlə örtülü olur. Xallar rənglərinə görə də bir-birindən seçilir: qara, açıq-qəhvəyi, tünd-qəhvəyi, göy xallar və s. Bu kiçik ləkələr bədənin istənilən yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Sonradan yaranan xallar xüsusilə hamiləlik və cinsi yetişkənlik dövründə əmələ gəlir. Bu xalların bəziləri getdikcə tündləşir, böyüyür və ya kiçilir. Orta əsrlərdə təbiblər ləkələr və xalların dərinin inkişafının anadangəlmə qüsuru və ya həyat boyu əldə edilən xoşxassəli şiş olduğu qənaətinə gəliblər.
    Alimlərin fikrincə isə, xallar hər zaman təhlükə mənbəyi hesab olunmur. Lakin bəzi xallar var ki, insan özü də bilmədən orqanizmində təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər.

    Təhlükə saçan xallar hansılardır?

    Xallar üzərində araşdırma aparan plastik cərrah Selahattin Tulunay türk mətbuatına təhlükə saçan xalların funksiyaları və görünüşü haqqında məlumat verib. Onun sözlərinə görə, əl ilə yoxladıqda xal dəridən bir balaca hündür və üzəri tüklüdürsə, deməli, onlar orqanizm üçün problemli deyillər. Bundan əlavə, tək rəng və açıq qəhvəyi olan xallardan da qorxmaq lazım deyil. Lakin bir xal dəri səviyyəsində olub tünd, açıq və qəhvəyidirsə, üzərində tük çıxmırsa, mütləq dermatoloqa və plastik cərraha müraciət etmək lazımdır: "Xallarla bağlı ikinci diqqət etmək lazım olunan məsələ isə, onlardakı dəyişmələrdir. Adətən insan uşaqlıqdan yaranan xallara diqqət etmir və əhəmiyyət vermədiyi üçün xalda dəyişiklik olarsa, bundan xəbərsiz olur. Amma bir az diqqətli olmaq insanın həyatını xilas edə bilər. Xallarda diqqət etməli olan ən önəmli məsələ, əgər xal böyüyürsə, rəng dəyişməsinə məruz qalaraq tək rəngdən cüt rəngli hala çevrilir və qaşınırsa , insan çox sürətlə hərəkət etməli və plastik cərraha müraciət etməlidir. Çünki bu zaman həmin xallarda xərçəng xəstəliyinin əlamətləri ola bilər”.

    alıntı
#12.08.2015 12:55 0 0 0