Sağlamlıq - Dəniz gözlüyünün faydası haqinda bilmediklerimiz
Acibadem Bakırköy Xəstəxanasının Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Kainat Bacanın müsahibəsindən aydın olur ki, yay aylarının gəlməsi ilə əlaqədar dincəlmək və sərinləmək üçün hovuza üz tutanlar göz xəstəliklərinə və hovuzdan bulaşan infeksiyalara qarşı diqqətli olmalıdır.
Hovuza girərkən dəniz gözlüyündən istifadə etmək və sudan çıxar çıxmaz duş almaq əhəmiyyətlidir.
Çünki, xlorlama və ya fərqli dezinfeksiya üsulları ilə təmizlənməmiş hovuz sularından bulaşan bakteriya, virus və parazitlərin səbəb olduğu xəstəliklərə görə gözdə konyuktivit əmələ gələ bilər. Bunun nəticəsində gözlərdə batma, qızartı, yanma, çəpəklənma, göz qapaqlarında şişlik və göz içində su toplanması yarana bilər.
Onuda qeyd etmək lazımdır ki, hovuzda və dənizdə göbələk infeksiyaları da olur. Göbələk infeksiyaları eyni şəkildə qaşınma ilə qulaqda yarana bilər: "Qulaqda infeksiya varsa, dənizə və hovuza girən zaman qulaq pərdəsi cırıla bilər." Buna da çox diqqət yetirmək lazımdır.