Məlumata görə pəhriz saxlamaq hipertəzyiqin qarşısının alınmasında və müalicəsində əhəmiyyətlidir.
İstəyə uyğun bol miqdarda faydalı tərəvəz və meyvələr, az yağlı süd, qatıq və pendir, taxıl və quru paxlalılar, noxud, mərcimək, müxtəlif çərəzlər, yağsız ət və balıq istifadəsi də məsləhətdir. Onuda qeyd etmək lazımdır ki, ideal çəkinin üzərində olmaq da hipertəzyiq yarada bilər.
Təzyiqin yüksəlməsi zamanı onu aşağı salmağın sadə metodlarından biri akupunkturadır.
Qulaq məməsinin altındakı batıq hissədən körpücük sümüyünə doğru gedən xəttə təzyiq edin. Şəhadət barmağınızı qulaq məməsinin altındakı batıq hissəyə qoyun, təzyiq edərək körpücük sümüyün ortasına qədər olan xətt boyuca sürüşdürün. Xəyali xətt faktiki olaraq şaquli şəkildə olmalıdır.
Çox güclü təzyiq etməyə ehtiyac yoxdur, sadəcə olaraq dərini barmağınız vasitəsilə sığallamaq kifayət edər. 8-10 dəfə başın hər iki tərəfində bu hərəkəti edin.
Təzyiqi masaja qədər və sonra ölçərək nəticəni qeyd edin