Həzrət Peyğəmbər (s) buyurur: Allahın adını çəkmədən nə yesən xəstəliyə səbəb olar, bərəkəti olmaz.
Əllərinizi yuyun...
Həzrət Peyğəmbər (s) buyurur: Əlindən ət qoxusu gələn halda yatan özünü məzəmmət etsin... Yemək yeyəndən sonra yağlı əllərinizi yuyun...
Yağlı əllə yatıb xəstələnən şəxs özü müqəssirdir.
Evin bərəkətini artırmaq üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Yeməkdən əvvəl və sonra əlləri yumaq xəstəlikdən şəfaya, ruzidə bərəkətə səbəb olar... Kim evinin xeyir- bərəkətinin artmasını istəyirsə yemək yeməzdən öncə dəstəmaz alsın. Kim yeməkdən qabaq və sonra dəstəmaz alsa ruzusi artar, həyatında asayiş yaranar, bədəni bəlalardan amanda qalar... Yeməkdən qabaq və sonra əlləri yumaq yoxsulluq və qəm-qüssəni aradan qaldırar, gözləri qoruyar.
Acqarına su?
Həzrət Peyğəmbər (s) buyurur: Kim ac qarına su içsə gücü azalar.
Sınıq qab...
Həzrət Peyğəmbər (s) buyurur: Peyğəmbər (s) möminə iki qadağa qoyur: Qabın ağzının sınıq tərəfindən su içmək, içilən qabı üfürmək.
Qabın tutacağı...
Həzrət Peyğəmbər (s) buyurur: Qabın dəstəyi çirkab yığışan yerdir, həmin tərəfdən içməyin.
Yağlı yeməkdən sonra...
Yağlı xörəkdən sonra su içmək xəstəliyə səbəb olar... Yağlı xörək yeyib üstündən su içən adamın qarnında fəsad yaranar.
Yağlı ətdən sonra...
Əmirəlmöminin (ə) buyurur: Peyğəmbər ət yeyəndə su içməyə tələsməzdi... Bir şəxs Peyğəmbərdən (s) nə üçün ət yeyəndən sonra az su içdiyini soruşur. Həzrət (s) buyurur: Kim yağlı əti yeyib qurtarana qədər su içməsə təam ona ləzzətli olar.